"Qarabağ"ın qovdurduğu baş məşqçi Ermənistan millisini çalışdıra bilər

Kiprin APOEL klubunun sabiq baş məşqçisi Paolo Trametsani Ermənistan millisini çalışdıra bilər.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis ötən ay istefa verən Armen Gülbudaqyanı əvəzləyə bilər. İtaliyalı mütəxəssislə yanaşı, Aleksandr Qriqoryan da yığmanın baş məşqçi postuna namizəddir.

 

Trametsani avqust ayında Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-in "Qarabağ"a Nikosiyada 1:2 hesabı ilə uduzduğu ilk oyundan sonra istefaya göndərilmişdi.

Tarix: 6 Noyabr [13:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio