Zaur Həşimov: "Qarabağ"dan xal almq qələbəyə bərabərdir"

21:47 - 10 Noyabr 2019

Azərbaycan Premyer Liqasında XI turun “Qarabağ” – “Zirə” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Futbolçular yaxşı mübarizə apardı. “Qarabağ”dan xal almq qələbəyə bərabərdi. Komandada özgüvəni gördüm. Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq. Futbolçuları təbrik edirəm.

 

- Zədəlilərinizin durumu necədi? Fasilədən necə istifadə etməyi planlaşdırırsız?
- Zədələr çoxdu. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidi. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq.

Xəbər xətti