Vengerin adını qoydu, indi "Barselona"da parlayır

Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin oğlu Arseni gözlənilmədən gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı veteran hücumçunun oğlu "Barselona"nın akademiyasında oynayır. Arşavin "Arsenal"da rəhbərliyi altında oynamış Arsen Vengerin adına uyğun olaraq, övladına Arseni adını verib.

 

Arseni ötən həftə akademiyada öz yaşıdları arasında həftənin ən yaxşı oyunçusu seçilib.

 

Arşavin 2009-cu ildə "Zenit"dən "Arsenal"a 16,5 milyon avroya transfer olmuşdu. O, 3,5 mövsüm Arsen Vengerin rəhbərliyi altında oynayıb.

Tarix: 12 Noyabr [13:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2019
10  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio