Azərbaycan millisi Yunanıstana böyük hesabla uduzdu

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayıb. 

 

Sportal.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv ilk oyununu Yunanıstana qarşı keçirib. Yunanıstanın Patra şəhərində yerləşən “Papacharalambio Ethniko” stadionunda baş tutan matçda meydan sahibləri 6:1 hesablı qələbə qazanıb.

 

9-cu qrupda qərarlaşan milli Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparır.

 

13 noyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

1-ci tur

 

17:00. Yunanıstan - Azərbaycan 6:1

Qollar: Kristos Liatsos, 36, Georgios Koutsias, 44, Kitsakis, 45+1, Kristopoulos, 74, Kristos Liatsos, 84, Georgios Surmis, 90+5 - Berkay Vardar, 62

Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. “Papacharalambio Ethniko” stadionu

Tarix: 13 Noyabr [19:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio