Ramin Musayev: "Jurnalistlər mətbuatda futbolu elə günə salıb ki, yaxın gəlməyə qorxurlar"

16:44 - 13 Noyabr 2019

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun püşkatma mərasimində fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, qurum rəsmisi klubların ölkə kubokuna maraq göstərmədiyini bildirib:

 

"Azərbaycan kubokunda 12 komandanın olması nə məndən, də də jurnalistlərdən asılıdır. Hətta həvəskar komandaların yarışa qatılması əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır idik".

 

PFL rəhbəri Premyer Liqanın sponsoru məsələsi ilə bağlı xarici şirkətlə danışıqların uğursuz alındığını söyləyib:

 

"Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, kimsə yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”.

Xəbər xətti