İtaliya millisinin üzvü klub tapmadığı üçün karyerasını bitirdi

İtaliya millisinin sabiq üzvü Rikardo Montolivo karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi klubsuz qaldığı üçün bu qərarı verib. O, 7 il oynadığı "Milan"da hörmətsizlik gördüyünü deyib:

 

"Karyeramı bitirsəm də, Milanda yaşayacam. “Milan” məni bu qərarı verməyə vadar elədi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim. Mənə qarşı biganəlik, hörmətsizlik futbola olan ehtirasımı öldürdü. Heç kim mənimlə maraqlanmadı. zəng etmədi, danışıq aparmadı".

 

Montolivo 2012-2019-cu illərdə "Milan"da çıxış edib. O, daha öncə "Atalanta" və "Fiorentina"nın üzvü olub. Futbolçu İtaliya millisində 66 oyuna 2 qol vurmuşdu.

Tarix: 14 Noyabr [11:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2019
12  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio