Eddi İsrafilov da bir işə yarayarmış

11:28 - 17 Noyabr 2019

İspaniya Sequndasında 16-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi "Albasete" səfərdə "Saraqosa"ya 1:0 hesabı ilə qalib gəlib.

 

Eddi oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. İsrafilov qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının qələbə qolunu vurub.

 

"Albasete" 25 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti