"Tottenhem" Poçettino ilə yolları ayırdı

00:00 - 20 Noyabr 2019

İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, argentinalı çalışdırıcının müqaviləsi qarşılıqlı razılaşma əsasında pozulub.

 

47 yaşlı mütəxəssis 2014-cü ildən London klubunu çalışdırırdı. "Tottenhem" ötən mövsüm ÇL-in finalında "Liverpul"a 0:2 hesabı ilə uduzmuşdu. Komanda bu mövsüm Premyer Liqada 12 turdan sonra topladığı 14 xalla 14-cüdür.

Xəbər xətti