Avropa çempionatına vəsiqə qazanan 20 milli komanda - SİYAHI

02:51 - 20 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, 20 komandanın Avropa çempionatına vəsiqə qazanacağı rəsmiləşib. Bu gün E qrupunda mübarizə aparan Uelsin Avropa çempionatına vəsiqə qazanan son komanda olub.

 

Qalan 4 yığmanın adına isə Millətlər Liqasının pley-off oyunlarından sonra aydınlıq gələcək.

 

Avropa çempionatına vəsiqə qazanan 20 yığma komanda:

 

İngiltərə, Çexiya, Ukrayna, Almaniya, Niderland, Xorvatiya, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya, Finlandiya, İsveçrə, Danimarka, Portuqaliya və Uels.

 

Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti