Mourinyo rəsmən "Tottenhem"də

10:53 - 20 Noyabr 2019

"Tottenhem"in yeni baş məşqçisi məlum olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Joze Mourinyo London təmsilçisinin yeni çalışdırıcısı təyin edilib. Müqavilənin detalları açıqlanmayıb. Portuqaliyalı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Maurisio Poçettinonu əvəz edib.

 

56 yaşlı mütəxəssisin son iş yeri "Mançester Yunayted" olub.

Xəbər xətti