"Yuventus" Bonuççi ilə müqaviləni uzatdı

11:03 - 20 Noyabr 2019

"Yuventus" müdafiəçisi Leonardo Bonuççinin müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Turin klubu ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalayıb.

 

Bonuççi 2010-cu ildən "Yuventus"da çıxış edir. İtaliya millisinin üzvü 2017-18 mövsümündə "Milan"a transfer olunsa da, yenidən Turinə qayıtmışdı. Bonuççi "qoca sinyora"da  376 oyun keçirib.

Xəbər xətti