"Qarabağ"dan ayrılacağı gözlənilən futbolçu ilə maraqlanan növbəti klub

11:33 - 2 Dekabr 2019

“Qarabağ”ın futbolçusu Simeon Slavçevlə maraqlanan daha bir klubun adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Polşanın “Lex” klubu 26 yaşlı yarımmüdafiəçinin adını transfer siyahısına yazıb. “Lex”in qış fasiləsində bu keçidi həll etmək üçün hərəkətə keçəcəyi gözlənilir.

 

Daha öncə Slavçevlə Bolqarıstanın “Levski” klubunun maraqlandığı müəyyənləşmişdi. Bu mövsüm az şans qazanan Slavçevin qışda “Qarabağ”dan gedəcəyi gözlənilir.

 

26 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti