Azər Əliyev "Ufa"ya qələbə qazandırdı - VİDEO

13:13 - 8 Dekabr 2019

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə “Axmat”a 1:0 hesabı ilə qalib gəlib.

 

Azər start heyətdə meydana çıxıb və sonadək oynayıb. Əliyev 10-cu dəqiqədə komandasına 3 xal qazandıran qolu vurub. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmanın ən yaxşısı seçilib.

 

“Ufa” 25 xalla 16 kollektiv arasında 7-cidir.

 

Xəbər xətti