APOEL Tomas Dolla yolları ayırdı

10:00 - 10 Dekabr 2019

Kiprin APOEL klubu baş məşqçisi Tomas Dollla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında pozulub. Dolla komandanı Avropa Liqasının qrup mərhələsinə, sonra isə 1/16 finala yüksəltdiyi üçün təşəkkür edilib.

 

53 yaşlı çalışdırıcının köməkçiləri də Nikosiya klubundan ayrılıb.

 

 

APOEL Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la mübarizə aparırdı. Kipr təmsilçisi ötən tur növbəti mərhələyə vəsiqəni təmin edib.

Xəbər xətti