"Qarabağ" - "Düdelanj": son məşqlər və mətbuat konfransları

Avropa Liqasının qrup mərhələsinin VI turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, dekabrın 11-i saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Düdelanj"ın baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Tarix: 10 Dekabr [11:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Yanvar 2020
18  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio