"Sabah"ın baş məşqçisi: "Mən adlara önəm verən deyiləm" - VİDEO

"Sabah"ın baş məşqçisi Jelko Sopiç İTV-də yayımlanan "Bol idman" verilişinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, komandasının çıxışından, qış hazırlıq planından danışan xorvatiyalı mütəxəssis maraqlı fikirlər səsləndirib:

 

"Premyer Liqada fevrala qədər vaxtımız olacaq. Amma mən vaxt amilini qabardan məşqçilərdən deyiləm. Futbolçularla necə işləyəcəyimi bilirəm. Əsas odur ki, komandanı irəliyə aparmaq üçün planlarımız məlumdur. Birləşmiş Ərəb Əmirliklərində klublar çempionata ulduz futbolçular cəlb etmək üçün böyük pullar xərcləyirlər. Bu baxımdan orada futbolun səviyyəsi Azərbaycandakı ilə müqayisədə yüksək ola bilər. Mən adlara önəm verən məşqçi deyiləm. Əsas oynamaqdır. Mənim futbol fəlsəfəmdə ilk sırada ad yox, meydanda mübarizə aparmaq dayanır".

 

Tarix: 10 Dekabr [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2020
23  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio