"Napoli" Ançelottini istefaya göndərdi

09:39 - 11 Dekabr 2019

İtaliyanın “Napoli” klubu komandanın baş məşqçisi Karlo Ançelottini istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, 60 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.

 

Neapollular Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Genk”ə 4:0 hesabı ilə qalib gəlməklər 1/8 finala vəsiqə qazanıb. Bu qarşılaşmadan sonra klub rəhbərliyi italiyalı çalışdırıcını postundan göndərib.

 

Ançelotti 2018-ci ildən “Napoli”ni çalışdırırdı.

Xəbər xətti