Kubok oyunlarına görə cəzalar açıqlandı

13:37 - 11 Dekabr 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan kubokunun 1/8 mərhələsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Keşlə” – “Kəpəz” matçının 45+1-ci dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Franko Flores ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

“Zirə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə ödəyəcək.

Əsasnamənin 9-cu bəndinin şərtləri pozulduğuna görə “Zirə” klubu 800 manat cərimə olunub.

“Sumqayıt” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

Xəbər xətti