"Lester" Çağlarla müqaviləni uzadır

17:55 - 11 Dekabr 2019

"Lester" futbolçusu Çağlar Söyüncünün müqaviləsini yeniləməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı oyunçunun 2023-cü ilin yayına kimi olan sözləşməsini daha 2 il - 2025-ci ilin iyununun 30-na kimi uzatmaq niyyətindədi. Türkiyə millisinin üzvünün həftəlik gəlirinin 75 min funta qaldırılacağı da bildirilib.

Söyüncü ilə Avropanın bir sıra top-klubları maraqlanır.

Xəbər xətti