Azərbaycan kubokunun püşkü atılacaq

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

 

Sportal.az xəbər verir ki, tədbir dekabrın 16-da, saat 12:30-da Bakı idman sarayının mətbuat konfransı otağında keçiriləcək. Bu mərhələdə birinci və ikinci liqalarda çıxış edən komandalar bir-birinə rəqib olacaq. İştirakçı komandaların adlarını diqqətinizə çatdırırıq:


Birinci liqa komandaları: Standard, AjaxBaku, Forza Neftçi, ADBTİA, Star karqo, Red Line, Metropoliten, Ulduz, AzMİU, U-19, Baku Fans, Qarabağ-Füzuli, Rayyan MFK, Yasamal İSK-2, Xızı Yasamal, Baku Fire-2, Zəngilan FK, Çinar Cəbrayıl, Zirvə Bakı, Veqa.

 

İkinci Liqa komandaları: NTD, Advokat, Baku Fire-3, Baker Tilly, Altay, Dalğa, Atletiko Baku, Bibi-Heybət, Hövsan, Star karqo-2, Bədr Xocalı, Borçalı, Zülfüqar, Təbriz, Gənclik İK, Baker Hughes, AZZERS, Timsport, Zirvə Bakı-2, Emin spor.

Tarix: 11 Dekabr [22:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio