"Atletiko" "Mançester Yunayted"dən 155 milyon avro istədi

14:41 - 15 Dekabr 2019

"Mançester Yunayted" qışda "Atletiko"dan Saul Niqesi transfer etmək üçün danışıqlara başlayıb.

 

Sportal.az xəbər verir ki, Madrid klubu bu transfer üçün "qırmızı şeytanlar"dan 155 milyon avro tələb edib. Mançester təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin keçidində israrlı olsa da, məbləği aşağı salmağa çalışır. Premyer Liqa təmsilçisi qiyməti endirmək üçün danışıqlara davam edəcək.

 

Madrid "Real"ının yetirməsi 14 yaşında "Atletiko"ya keçib. İspaniya millisinin üzvü bu mövsüm 21 oyuna 1 qol vurub.

Xəbər xətti