Kaşşai rusiyalı hakimlərin rəhbəri təyin edildi

Rusiya Futbol İttifaqının Hakimlər Departamentinin yeni rəhbəri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, karyerasını dekabrın sonlarında başa vurmuş macarıstanlı sabiq referi Viktor Kaşşai qurumun rəhbəri təyin edilib. Keçmiş FIFA referisi bu vəzifədə Aleksandr Yeqorovu əvəzləyib.

 

Kaşşai 1999-cu ildən hakimliyə başlayıb. O, 2003-cü ildə FIFA referisi adını alıb. FIFA Kaşşaini 2011-ci ildə ilin hakimi seçib.

 

Təcrübəli referi 2005-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş "Neftçi" - "Anderlext" (1:0) matçını idarə etmişdi. O, 2016/17 mövsümündə Avropa Liqasının pley-off mərhələsində baş tutmuş "Maribor" - "Qəbələ" matçına (1:0) da təyinat almışdı.

Tarix: 9 Yanvar [23:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio