"Sabah"ın növbəti məşqi - VİDEO

23:07 - 13 Yanvar 2020

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”, hazırlıqları davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün iki məşq keçib. Əvvəlcə səhər saatlarında fitnes zalında məşq edən futbolçular, daha sonra yaşıl meydanda toplu və fiziki təmrinləri yerinə yetiriblər. Axşam saatlarında komandanın daha bir məşqi olub. Günün son məşqində əsasən, taktiki təmrinlər yerinə yetirilib.


Yanvarın 8-dən Antalyada təlim-məşq toplanışında olan “Sabah”, hazırlıq çərçivəsində növbəti yoxlama oyunu Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı keçirəcək. Görüş yanvarın 15-də keçiriləcək. Komanda toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” (0:2) klubu ilə üz-üzə gəlib.

 

Xəbər xətti