Hakimlər Naxçıvanda toplaşdı - FOTOLAR

00:36 - 14 Yanvar 2020

Naxçıvan Muxtar Respublikasında hakimlər üçün təlim-məşq toplanışı keçirilir. 
 

Sportal.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin üzvləri – Anar Salmanov və Ömər Paşayevin rəhbərliyi altında keçirilən, Rüstəm Rüstəmlinin məşqçi kimi fəaliyyət göstərdiyi toplanışda 20-yə yaxın hakim iştirak edir. Nəzəri və praktiki məşğələlərin keçirildiyi hazırlıq prosesi yanvarın 15-dək davam edəcək.

 

 

Xəbər xətti