"Kəpəz"in məşqçiləri hesabat verdi - FOTOLAR

15:52 - 14 Yanvar 2020

"Kəpəz"in icraçı direktoru İlqar Nadiri məşqçilərlə görüş keçirib.

 

Sportal.az xəbər verir ki, görüşdə klubun əsas və müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri iştirak edib.

 

Əvvəlcə mütəxəssislərin hesabatları dinlənilib. Daha sonra klub rəhbəri çıxış edərək ötən il qeydə alınan nəticələri təhlil edib, qış fasiləsindən maksimum yararlanmaqla komandaların daha yaxşı şəkildə hazırlaşmasını və uğurlu nəticələr qazanmasını arzulayıb.

 

Komandaların yeni istifadəyə verilən süni örtüklü meydançadan istər məşq, istərsə də oyunlar üçün yararlandığını bildirən icraçı direktor şəraitin yaxşılaşması ilə məşqlərin keyfiyyətinin yüksəldiyini vurğulayıb. İlqar Nadiri gələcəkdə Gəncə şəhər stadionunda AFFA-nın dəstəyi ilə daha bir meydançanın salınacağını da xatırladıb.

 

Image may contain: 13 people, people standing, shoes and indoor

Image may contain: 5 people, people sitting and indoor

Image may contain: 1 person, sitting, table and indoor

Image may contain: 2 people, people sitting, beard and indoorImage may contain: 1 person, sitting and indoorImage may contain: 2 people, beard and closeup

Xəbər xətti