Yunus Mallı Bundesliqada klubunu dəyişdi

15:06 - 18 Yanvar 2020

"Volfsburq"da çıxış edən türkiyəli futbolçu Yunus Mallı Almaniya Bundesliqasında klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı oyunçu "Union Berlin"ə icarəyə verilib. Yunusla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Münhenqladbax "Borussiya"sının yetirməsi 2017-ci ildən "Volfsburq"da çıxış edir. Mallı 2015-ci ildən Türkiyə millisinə dəvət alır.

Xəbər xətti