"Kəpəz" "Turan Tovuz"la qarşılaşdı

16:09 - 19 Yanvar 2020

I Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında “Turan Tovuz” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib.

 

Hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə “sarı-göylər” hesabı açıb. Meydana əvəzetmədən daxil olan yeni transfer Tural Qürbətov fərqlənib. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.

Xəbər xətti