"Sumqayıt"da bir zədəli

16:45 - 19 Yanvar 2020

Mövsümün 2-ci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" təlim-məşq toplanışının 8-ci gününü bir məşq ilə başa vurub.

 

Sportal.az xəbər verir ki, "Politexnika İaşi" ilə yoxlama oyunundan sonra bərpa xarakteri daşıyan məşq prosesi 1 saat davam edib. Vüqar Mustafayevin zədə səbəbindən buraxdığı hazırlıq prosesini Şəhriyar Əliyev və Cəmaləddin Xocaniyazov isə fərdi məşqlə başa vurub.

 

"Sumqayıt" sabah iki məşq keçirəcək.

Xəbər xətti