Ramil Şeydayev Polşa klubunda?

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşməyib.

 

Sportal.az-ın məlumatına görə, 23 yaşlı hücumçu karyerasını Polşada davam etdirə bilər. Azad agent statusu daşıyan hücumçu "Lex"ə təklif edilib. Poznan təmsilçisi yaxın günlərdə Şeydayevlə bağlı qərar verəcək.

 

Lex Ekstraklasada 20 turdan sonra 31 xalla 16 kollektiv arasında 5-ci yerdə qərarlaşıb. Lider "Legiya"nın 38 xalı var.

 

Azərbaycan millisinin üzvünün ilk seçimi Rusiya Premyer Liqasında qalmaqdır. Ancaq hazırda ona real təklif yoxdur. Futbolçunun Türkiyənin "Bursaspor" klubuna keçəcəyi barədə yayılan xəbərlər isə həqiqəti əks etdirmir.

 

Şeydayev 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib.

 

Tarix: 23 Yanvar [13:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Fevral 2020
17  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio