Almeyda debütündə məcbur əvəzləndi

12:28 - 24 Yanvar 2020

Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna transfer olan Riçard Almeyda yeni komandasında debüt edib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi çempionatın 13-cü turunda “Əl Nəsr”ə qalib gəldiklərin matçda (1:0) start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəz edilib.

 

Ayağında qıcolma yaranan braziliyalı futbolçu meydanın ortasında yıxılıb və bir neçə dəqiqə bu vəziyyətdə qalıb. 30 yaşlı futbolçu məcbur əvəzlənib. "Qarabağ"ın sabiq futbolçusunun son durumu açıqlanmayıb.

Xəbər xətti