Abdullah Avcının gələcəyi qaranlıqdır: "Beşiktaş"da iclas

“Beşiktaş” baş məşqçisi Abdullah Avcı ilə yollarını ayıra bilər.

 

Sportal.az "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin Türkiyə kubokunun 1/8 finalında "Ərzurumspor"a uduzaraq, mübarizəni dayandırması rəhbərliyin və azarkeşləri ayağa qaldırıb. klub rəhbərliyi komandanın uğursuz nəticələrinə görə bu gün iclas keçirəcək. Klub prezidenti Ahmet Nur Çebinin də qatılacağı iclasda Abdullah Avcının gələcəyi müzakirə ediləcək. Məlumata görə, iclasda ciddi qərarlar alınacaq.

 

Əgər komanda Super Liqanın 19-cu turunda "Göztəpə" ilə İzmirdə keçiriləcək qarşılaşmada xal itirsə, rəhbərlik Abdullah Avcını istefaya göndərəcək. Bu gün klub prezidentinin Abdullah Avcıdan hesabat tələb edəcəyi gözlənilir.

 

Nəşrin məlumatına görə, "Beşiktaş" Abdullah Avcını istefaya göndərəcəyi halda, Tayfun Korkutla danışıq aparacaq. "Beşiktaş" azarkeşləri isə sosial şəbəkələrdə rəhbərliyə təzyiq edərək, Sərgən Yalçının təyinatını tələb edirlər.

 

Keçmiş prezidenti Fikrət Ormanın "Beşiktaş"a gətirdiyi Abdullah Avcının klubla 2022-ci ilə qədər müqaviləsi var. 56 yaşlı mütəxəssis illik 12 milyon lirə (təqribən 3,4 milyon manat) maaş alır.

 

"Beşiktaş" Avcının rəhbərliyi altında 27 oyun keçirib və 11 qələbə qazanıb, 3 heç-heçə edib, 13 dəfə uduzub.

 

"Qara qartallar" Super Liqanın turnir cədvəlində 30 xalla 7-ci pillədədir.

Tarix: 24 Yanvar [14:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Fevral 2020
25  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio