"Qəbələ" Rumıniya klubu ilə heç-heçə etdi

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya toplanışında sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlib.

 

18:30. “Qəbələ” – “Konkordiya” - 2:2

Qollar: Asif Məmmədov, 32, Amin Seydiyev, 52

"Qəbələ": Tərlan Əhmədli, Asif Məmmədov, Sadiq Quliyev, Amin Seydiyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Fernan Lopes, Murad Musayev, Rövlan Muradov, Ülvi İskəndərov, Yusif Nəbiyev.

Tarix: 25 Yanvar [20:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2020
22  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio