Eriksen "İnter"lə müqavilə imzalamaq üçün Millana gəldi

14:58 - 27 Yanvar 2020

Mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatacaq Kristian Eriksen "İnter"lə anlaşıb.

 

Sportal.az xəbər verir ki, danimarkalı futbolçu Milan təmsilçisində illik 10 milyon avro maaş alacaq. "İnter" bu keçid üçün 18 milyon avro təzminat ödəyəcək. Eriksen tibbi müayinədən keçib, müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Müqavilə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

 

Eriksen bu mövsüm 23 oyuna 3 qol vurub, 3 assist edib. 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

 

Image

Xəbər xətti