"Milan" "Verona" qarşısına İbrahimoviçsiz çıxacaq

13:09 - 2 Fevral 2020

İtaliya A Seriyasının 22-ci turunda "Verona" ilə qarşılaşacaq "Milan" ciddi itkilərlə üzləşib.
 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın hücumçusu Zlatan İbrahimoviçlə müdafiəçisi Simon Kyaer qarşılaşmanın iştirakçısı olmayacaq. Hər iki futbolçu xəstələndiyi üçün komandadan ayrı düşüb.

 
Qarşılaşma bu gün Bakı vaxtı ilə 18:00-da baş tutacaq.

 

Xəbər xətti