Klinsmann istefa verdi

15:43 - 11 Fevral 2020

Almaniyanın "Herta" klubunun baş məşqçisi Yürgen Klinsmann istefa verib.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, Bundesliqada qalmaq uğrunda mübarizədə birlik və konsentrasiyanın vacib olduğunu qeyd edib və bunlar olmadıqda məşqçinin öz imkanlarından istifadə edə bilməyəcəyini bildirib.

 

Berlin təmsilçisi alman mütəxəssisin qərarına təəccübləndiyini bəyan edib. Komandanı müvəqqəti olaraq Aleksandr Nouri çalışdıracaq.

 

Klinsmann 2019-cu ilin noyabrında "Herta"ya baş məşqçi təyin olunmuşdu.

Xəbər xətti