Zaur Həşimov: "Mübarizəsiz təslim olduq"

Premyer Liqanın 17-ci turunda evdə “Qarabağ”a uduzan (0:6) “Zirə”nin baş məşqçisi Zaur Həşimov oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

- Geniş danışılası bir şey yoxdur. Pis olan odu ki, evdə böyük hesabla uduzduq. Təəssüf ki, mübarizəsiz təslim olduq. Ən böyük problem budur. Turnir cədvəlinə baxanda hazırda 5-ciyik, kubokda isə yarımfinal oynayacağıq. Təsim olmaq fikrimiz yoxdur. Bu oyuna görə hansı tədbirlər lazımdısa, komandanın içində özümüz görəcəyik.

 

- Komandanız son 2 oyunda 3 dəfə “qırmızı” ilə cəzalanıb və bunların ikisi birbaşa olub. Belə intizamsızlığa səbəb nədi?
- Bu, ən böyük problemdir. Yəqin ki, qələbə istəyi çoxdur. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun.

 

- Azarkeşlər sizi istefa verməyə çağırırdı...
- Azarkeşin istefa tələb etməsi normaldır. Onlar qələbə gözləyirlər. Səhv eləmirəmsə, “Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Çünki qələbə gözləyirlər. Onlara deyəsi bir söz yoxdur.

Tarix: 15 Fevral [17:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio