"Neftçi" "Keşlə"yə, "Səbail" "Qəbələ"yə qalib gəldi - YENİLƏNİB

Bu gün Premyer Liqada 17-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, ikinci gündə iki matç baş tutub. "Səbail" evdə "Qəbələ" ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

 

Turun son matçında "Neftçi" "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.

 

16 fevral (bazar)

“Səbail” – “Qəbələ” - 3:1

Qollar: Mirsahib Abbasov, 56, Rauf Əliyev, 70, Hendrik Ekşteyn, 82 (pen.) - Nikolas Raysel, 16

Qırmızı vərəqə: Fernan Lopes, 75 ("Qəbələ")

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“ASCO Arena”, 16:30.
 

“Neftçi” – “Keşlə” - 3:1

Qollar: Baqali Dabo, 11, Mamadu Mboc,17, Stiven Monroz, 58 - Sezar Meza Kolli, 53 (pen.)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Asif Əliyev

“Bakcell Arena”, 19:00.

Tarix: 16 Fevral [20:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio