Elvin "Çelik"də ilk oyununu keçirdi

13:19 - 16 Fevral 2020

Bosniya və Herseqovinanın "Çelik" klubuna keçən Elvin Yunuszadə yeni komandasında ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Boratsa”ya qarşı yoxlama görüşündə ilk 45 dəqiqə meydanda olub, fasilədə isə əvəzlənib.

 

Qraşılaşma "Çelik"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bosniya və Herseqovina çempionatında mövsümün ikinci yarısı fevralın 23-ü başlayacaq.

Xəbər xətti