Nazim Süleymanov üçün əlamətdar gün

12:15 - 17 Fevral 2020

Bu gün Azərbaycan millisinin sabiq kapitanı, “Neftçi”nin veteran futbolçusu Nazim Süleymanovun 55 yaşı tamam olur.

 

1965-ci ilin 17 fevralında dünyaya gələn yarımmüdafiəçi 1983-1990-cı illər ərzində “Neftçi”nin heyətində 190 oyun keçirib, 32 qol vurub. O,  1992-1998-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda 5 qola imza atıb.

 

Nazim Süleymanov “Neftçi”nin baş məşqçisi (2013) və Azərbaycan milli komandasının məşqçisi (2012-2013) vəzifələrində də çalışıb.

Xəbər xətti