"Yuventus"un Poqba planı

17:43 - 18 Fevral 2020

"Mançester Yunayted"in futbolçusu Pol Poqba sabiq klubu "Yuventus"a qayıda bilər.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi fransız yarımmüdafiəçinin agenti Mino Rayola ilə görüşüb. "Qoca sinyora" 26 yaşlı futbolçunun qarşılığında Mançester təmsilçisinə yarımmüdafiəçisi Aaron Remzini verməyə hazırdır.

 

"Qırmızı şeytanlar" Poqbanı 120 milyon avrodan ucuz qiymətə satmağı planlaşdırmır. Buna görə də, "Mançester Yunayted" Aaron Remzi ilə yanaşı, "Yuventus"dan müəyyən qədər pul tələb edə bilər.

 

"Yuventus" Remzini 2019-cu ilin yayında azad agent statusu ilə heyətinə qatıb. 29 yaşlı futbolçu komandanın heyətində 29 oyunda 2 qol vurub.

 

"Mançester Yunayted" Poqbanı 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer etmişdi. O, bu mövsüm 8 oyunda 2 assistlə yadda qalıb.

 

Xəbər xətti