Dieqo Simeone: "8 ildə azarkeşlərimizi belə səviyyədə görməmişdim"

11:27 - 19 Fevral 2020

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul"u evdə 1:0 hesabı ilə məğlub edən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis qələbəni şərh edib:

 

"Çox güclü və bizdən fərqli özəllikləri olan komandanı məğlub etdik. Lazım olan kimi oynadıq. Hətta bəzi epizodlarda fərqi artıra da bilərdik. Hücumçular və yarımmüdafiəçilər kömək etməsəydilər, müdafiəmiz mükəmməl olmazdı.

 

"Liverpul" əla oynayır, güclü baş məşqçiləri var. Futbolçuları fiziki cəhətdən yaxşıdır. Hücuma sürətli keçirlər. Komanda şəklində yaxşı qapandıq. "Liverpul"un qolu olmasa da, yaxşı hücumlar təşkil etdi. Qol vurandan sonra geri çəkildik. Çünki rəqib buna məcbur etdi. Biz stadiona gələndə artıq qələbə qazanmağa başladıq. 

 

8 il ərzində azarkeşlər bu səviyyədə bir neçə dəfə olublar. Amma belə səviyyədə görməmişdim. Oyundan qopmadılar. Çox həyəcanlı matç oldu. Bu stadionda unutmadığımız gecələr çoxdur. Bu da o oyunlardan biridir. Dünyanın ən yaxşı komandası gəlir və siz onu yenirsiniz. Mərhələ keçmədik, amma üstünlük qazandıq. Təvazökar olmalıyıq. Çünki rəqib evində çox möhtəşəm oynayan komandadır".

Xəbər xətti