"Barselona" danimarkalı hücumçunu transfer etdi

14:47 - 20 Fevral 2020

“Barselona” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, katalonlar “Leqanes”in hücumçusu Martin Breytveyti transfer edib. 28 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

 

Bu keçid “Barselona” 18 milyon avroya başa gəlib. Danimarka millisinin üzvünün sərbəst qalma dəyəri 300 milyon avro müəyyənləşdirilib.

 

Breytvey bu mövsüm La Liqada 24 oyunda 6 qol vurub.

 

La Liqa rəhbərliyi "Barselona"ya İspaniyada yeni futbolçu almaq üçün əlavə 15 gün vaxt vermişdi.

Xəbər xətti