"Statistika önəmli deyil" - Fatih Terimin qələbə şərhi

10:29 - 24 Fevral 2020

Türkiyə Super Liqasının 23-cü turunda səfərdə "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub edən "Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis 21 il sonra "Fənərbaxça"nl səfərdə məğlub etmələrindən danışıb:

 

"Ötən illlərdə də söyləmişdim ki, bu statisika mənim üçün önəmli deyil. Çempion olduğumuz hər il burada qalib gəlib-gəlməməyimizin fərqi yoxdur. Mənim üçün çox vacib deyil. Bütün "Qalatasaray" azarkeşləri buna çox sevinib. Ona görə də xoşbəxtəm. Qələbəni onlara hədiyyə edirik. Futbolçuları təbrik edirəm. Lazım olanı etdilər. İlk dəqiqədən sona kimi oyuna kökləndik. Layiqli 3 xal əldə etdik. İlk 20 dəqiqədə oyun qopa bilərdi, ancaq sonradan lazım olan şəkildə davam etdik.

 

Mövsümün əvvəlində həftədə 3 dəfə oynadığımız oyunlardakı nəticələrə görə amansız şəkildə tənqid edilirdik. İndi biz də həftədə 1 oyun keçiririk. Hər itirilən xal sizi digər rəqiblərdən geri salacaq. Super Liqada asan rəqib yoxdur. Allah qismət etsə, xal itirmədən irəliləmək istəyirik.

 

12 xal geridən gəldik və bu fərqi aradan qaldırdıq. Bəlkə də, sabah gözləmədiyimiz rəqiblə oyunda xal itirəcəyik. Ancaq futbolçular mənə ümid verib. Bu, təkcə 3 xal deyil, həm də bizə özünəinam üçün önəmlidir".

Xəbər xətti