"Reyncers" 1/8 finala yüksəldi - VİDEO

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. Sportal.az xəbər verir ki, ilk gün bir qarşılaşma keçirilib.

 

İlk oyunda səfərdə “Reyncers”ə 2:3 hesabıyla uduzan “Braqa” Şotlandiya təmsilçisi ilə evdə qarşılaşıb. Meydan sahibləri bu dəfə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə əsasən, "Reyncers" 1/8 finala yüksəlib.

 

Mərhələnin digər oyunları fevralın 27-də keçiriləcək.

 

Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunu

 

21:00 "Braqa" (Portuqaliya) – "Reyncers" (Şotlandiya) - 0:1

Qol: Rayan Kent, 61

Qeyri-dəqiq penalti: Yanis Haci, 45+1 ("Reyncers")

İlk oyun: 2:3

 

Tarix: 27 Fevral [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio