UEFA "Dördlər finalı" təşkil edə bilər

UEFA Çempionlar Liqası və Avropa Liqasını “Dördlər finalı” formatında keçirə bilər.

 

Sportal.az xəbər verir ki, UEFA-nın baş katibi Corcio Marketti martın 17-də keçiriləcək toplantıda bu təkliflə çıxış edəcək.

 

Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə 4 gün kifayət edəcək.

 

Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul, Avropa Liqasının həlledici qarşılaşması isə Polşanın Qdansk şəhərində baş tutmalıdır.

 

Koronavirusa görə UEFA turnirləri müvəqqəti təxirə salıb.

Tarix: 16 Mart [12:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio