"Qəbələ" də fəaliyyətinə ara verdi

15:38 - 16 Mart 2020

“Qəbələ” fəaliyyətini müvəqqəti dayandırıb.

 

Sportal.az xəbər verir ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi ilə bağlı nazirlər kabineti yanında operativ qərargahın verdiyi qərarla əlaqədar olaraq, “Qəbələ” klubu kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

 

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.

Xəbər xətti