"Real" Areola ilə bağlı qərar verdi

“Real” mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Alfons Areolanın transfer hüququna sahib olmağa qərar verib.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı oyunçunu komandada 2-ci qapıçı kimi saxlamaq fikrindədir. 

 

Bu səbəbdən də "kral klubu" Paris təmsilçisi ilə danışıq aparacaq. "Milan"dan Canluici Donnarummanı transfer etmək istəyən PSJ fransız qapıçının gedişinə mane olmayacaq.

 

Areola bu mövsüm "Real"da 7 oyun keçirib. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır. Fransa millisinin üzvünün PSJ ilə 2023-cü ilə kimi sözləşməsi mövcuddur.

Tarix: 17 Mart [12:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Mart 2020
27  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio