Koronavirusa yoluxan futbolçudan açıqlama

16:50 - 18 Mart 2020

Koronavirusa yoluxan "Yuventus"un yarımmüdafiəçisi Blez Matyuidi sosial şəbəkə hesabında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı fransız futbolçu son durumundan yazıb:

 

"Testim müsbət çıxdı. Hər zaman pozitiv düşünən insan olmuşam. Bu gün də beləyəm. Buna görə karantinə alındım və lazım olan tədbirlər görüləcək. Əgər futbolçu olmasaydım, virus ayoluxduğumu bilməyəcəkdim. Virusa qalib gələcəyik və vəziyyətdən çıxacağıq. Hamımız birlikdə olmalı və mübarizə aparmalıyıq. Dəstək mesajlarınıza görə təşəkkür edirəm. Qaydalara əməl edək və ailəmizin yanında qalaq".

Xəbər xətti