"Qarabağ" vaxtından əvvəl çempion elan edilməyəcək - Çeferin açıqladı

UEFA prezidenti Aleksandr Çeferin Avropada futbol çempionatlarının başa çatdırılmasının tərəfdarıdır.

 

Sportal.az xəbər verir ki, sloveniyalı funksioner quruma daxil olan federasiyalara iyunun 30-dək liqaların başa çatdırılmasını tapşırdıqlarını deyib:

 

"Bəzi yalan xəbərlər görmüşəm. UEFA-nın çempionatında lider olan komandaların qalib elan edilməsini istədiyi barədə xəbərlər yayılmışdı. Bu, doğru deyil. Məqsədimiz daxili liqaları başa çatdırmaqdır. Federasiyalara bundan başqa fikir deməmişik".

 

Avropanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da çempionat koronavirusa görə dayandırılıb. Premyer Liqanın başa çatmağına 8 tur qalmış "Qarabağ" liderdir və ən yaxın izləyicisi "Neftçi"ni 8 xal qabaqlayır.

Tarix: 18 Mart [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2020
8  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio