“Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım”

16:31 - 24 Mart 2020

Ekvadorun “Muşuk Runa” klubunda forma geyinən “Neftçi”nin sabiq futbolçusu İqnasio Errera prensafutbol.cl saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycandakı karyerasından danışıb:

 

“Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım, olduğum yerlərdə insanların sevgisini qazandım. Bunların mənə qazandırdığı mədəniyyət təcrübəsi inanılmazdır. Bu, futbol oynamaqdan və davamlılığı təmin etməkdən yaxşıdır. İstəsəydim, evimin yanında olan bir klubda 10 il oynayardım. Şərtlər məni ekzotik ölkələrə apardı. Məncə, xaricə yollanmaq həyatımın ən yaxşı qərarı idi”.

 

İqnasio Errera 2017-2018-ci illərdə "Neftçi"də çıxış edib.

Xəbər xətti